Xalça necə seçilir

11 noyabr 2020
Xalça necə seçilir

Xalça bir otağın bəzəyi, rahatlığı, istiliyi, xoş toxunma duyğuları və səs izolyasiyasıdı. Yalnız onu düzgün seçmək lazımdır. Bu gün dizayn və icraya yanaşmalar dəyişdi, lakin yüksək keyfiyyətli və gözəl xalçalar hələ də dəbdədir. Doğru xalçanı necə seçmək, hansı materiala üstünlük etmək hansı rənglədən istifadə etmək, ölçü necə olmalıdır?

Rəng

Rəngi dekorla uyğunlaşdırırıq. Xalçalar interyerdə tekstil ilə yaxşı uyğunlaşır: məsələn, pərdələr, mebel, divar rəngi, xalça seçilməsində çox vacibdir. Onlar eyni tonlarda və ya çalarlarda olarsa, dekorasiya və mebellərin ümumi birləşməsi göz oxşayacaqdır.

Ölçü

Daha böyük ölçü seçin. Seçim kiçik və böyük bir xalça arasındadırsa, böyük xalçanı seçin. Otağı vizual olaraq daha geniş edəcəkdir. Kiçik bir xalça isə əksinə otağı vizual olaraq kiçik göstərəcək və otaq dar görünə bilər.

Material

Hər bir materialın öz enerjisi və ecaskar hissiyəti var. Yuna, viskoza və ya ipəyə toxunmaq sizə tamamilə fərqli duyğular verəcəkdir və ən xoş olanını seçmək vacibdir. Bundan əlavə, material mebel və fakturanı vurğulayacaqdır.