Qarabağ xalçası | KRCLB06F

2195 AZN (- 0%)
Məhsul haqqında
Tərkibi
Yun
İstehsal ölkəsi
Azerbaijan
Dizayn ölkəsi
Azerbaijan
Təsvir
Qarabağ xalçasının ölçüsü 196x140 sm təşkil edir. Yuxarıda göstərilən qiymət hər kvadrat metrə uyğun hesablanır. Qarabağ xalçası tipinin Şuşa qrupuna daxil olan Bulud xalça növü möhtəşəm görünüşü ilə göz oxşayır. "Bulud" adlandırılan həmin xalça, üzərində heç bir bulud elementi olmaması ilə diqqəti cəlb edir. Bulud xalça üzərində bir-birilə ahəngdarlıq təşkil edən iri yarpaq və çiçək rəsmlərini rahat şəkildə görə bilərsiniz. Hər iki təsvir ortaya möhtəşəm bir mənzərə çıxarır. Rusiya və Avropa mədəniyyətinin təsiri nəticəsində xalçanın adı əcnəbi sözlərdən formalaşmağa başlayıb, xalq tərəfindən Bulud olaraq adlandırılmışdır. Bulud xalçasının hər kvadrat metrində sıxlıq 104 000 düyün təşkil edir. Bu da onun nə qədər keyfiyyətli və uzunömürlü olmasından xəbər verir.