About Product
Consist
Yun
Made in
Azerbaijan
Designed in
Azerbaijan
Description
Şirvan xalçası 138x200 sm ölçüdə hazırlanmışdır. Yuxarıda göstərilən qiymət kvadrat metrə uyğun hesablanıb.
Xalçanın orta sahəsində kök qırmızısı və fil sümüyü ilə işlənmiş üç şaquli rəmz mövcuddur. Şaquli ox boyunca “qarmaqlı” və “bükmə” motivləri, qoşabaş heyvanlar, ulduzlar, ağaclar, “əbədi düyün” rozetləri və digər tayfa ornamentləri əks olunur. Su mavisi zəmində əsas haşiyə kufi-şami motivini təqdim edir. Kufi motivləri arasında iki buta motivi toxunmuşdur.
Şirvan xalçası 150 000 sıxlıqla toxunmuşdur. Xalçada xovun hündürlüyü 0.5 sm - dir.